Pişiyə işgəncə verən şəxs məsuliyyətə cəlb edildi - VİDEO

 17:36 06.10.2022     294

Pişiklə rəhimsiz davranan şəxslə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, görüntülərdə əks olunan şəxs Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.  

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə görə heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir (oxu.az).