Sevgilisinin şantaj etdiyi 63 yaşlı qadın polisə müraciət etdi

 14:52 07.10.2022     591

İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü Nərgiz Cəfərova (şərti) bildirib ki, sevgi münasibətində olduğu Cəfər Mamedov (şərti) 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. O, həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.

Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.