Yeni evlənən gənc ÖZÜNÜ ASDI

 23:24 07.10.2022     241

Cəlilabad rayonu, Məşədihüseynli kəndində intihar baş verib.

Redaktor.az xəbər verir ki, kənd sakini 28 yaşlı Tarverdiyev Cavid Rafiq oğlu yaşadığı evin həyətində pres ipi özünü ağacdan asıb.

Əldə edilən məlumata görə, yeni ailə quran C. Tarverdiyev Cəlilabad şəhərində yaşayır. O, dünən atası ilə birgə tikinti materialları alaraq, Məşədihüseynli kəndinə, ata evinə gəlib. Naməlum səbəbdən o, elə həmin evin həyətindəki ağaclıqda özünü asıb.

Faktla bağlı araşdırma aparılır.