Goranboyda iki avtomobil toqquşdu - Xəsarət alan var

 14:58 08.10.2022     528

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü N.Həsənova və daha bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən