Ağdam-Füzuli yolunda mina partladı - Yaralılar var - YENİLƏNİB

 19:25 08.10.2022     661

Bu gün saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı ilə bağlı araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətininin məlumatına görə, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər daxili işlər orqanları əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.

***

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Redaktora.az  "Report"a istinadən xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır. Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.