Əvvəllər işlədiyi obyektdən oğurluq edən tutuldu - VİDEO

 14:17 09.10.2022     537

Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildiirlib ki, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 3 000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər həmin obyetdə işləyən Təvəkkül Salahlı tutularaq istintaqa təhvil verilib.

O, ifadəsində əməlini etiraf edib və ümumilikdə 4 dəfə müxtəlif vaxtlarda həmin məntəqəyə daxil olaraq pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.