"Range Rover" sürücüsünün sürət həzzi iki nəfərin ölümünə səbəb oldu

 16:36 09.10.2022     612

Ötən gecə Sabunçu rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, qəza nəticəsində "Kia" markalı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Zülfüqar Zülfüqarlı hadisə yerində, 22 yaşlı sərnişini isə bir neçə saat sonra vəfat edib.

Xəsarət alan digər iki sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəyə səbəb "Range Rover" markalı minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi səbəb olub.