Bakıda restoranda qardaşlar dava saldı, xəsarət alan var

 09:19 10.10.2022     921

Bakıda restoranda qardaşlar dava salıb, xəsarət alan var.

Redaktor.az xəbər verir ki, hadiəs oktyabrın 6-sı saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən "Şuşa qalası" restoranında qeydə alınıb.

Belə ki, Məmmədov Təbriz Əmirxan oğlu qardaşı Nicat Məmmədovla birlikdə restoranda Mustafayev Sirac Xeyrulla oğluna yumruq və təpiklə xəsarətlər yetirərək xuliqanlıq ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.