Qadın sürücü yüksək sürətlə ölümə səbəb oldu
Bakının Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə saat 17:00 radələrində marketin qarşısında olub. Yüksək sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobil yolun kənarındakı maşına çırpılıb. Nəticədə yol kənarındakı avtomobilin sürücüsü hadisə yerində həlak olub.
Qeyd edək ki, “Chevrolet” markalı avtomobilin sürücüsü qadın olub (qafqazinfo).















