Gənc oğlan özünü meşədə asdı

 09:20 11.10.2022     908

Yardımlı rayonunda 26 yaşlı gənc meşədə intihar edib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə oktyabrın 10-da rayonun Odurakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.