Bu ərazidə yanğın başladı

 18:32 11.10.2022     1083

Oğuz rayonunun Şimal-qərb adlanan ərazisinə yaxın olan dağlıq-meşəlik hissədə yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın çətin relyefə malik dağlıq ərazidə baş verdiyindən hələki yanğını söndürmək mümkün olmayıb.

Hazirda yanğın davam edir.