Komandir məktəblini maşınla vurub öldürdü

 10:15 12.10.2022     649

Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.

Vumart və Güvən reklamı Vumart Güvən