Avtobusda boru partladı - Qadın sərnişin yandı

Gəncədə avtobusda sərnişin yanıq xəsarətləri alıb.
Redaktor.az xəbər verir ki, şəhər sakini Aygün Əliyeva şəhərdaxili marşrut avtobusunda olan zaman istilik sisteminin rezin borusunun partlaması nəticəsində 1-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (qafqazinfo).