Bakıda avtobus ilə yük maşını toqquşdu - Çoxlu yaralı var- FOTO

 15:09 12.10.2022     442

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

Redaktor.az xəbər verir ki, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun "Əhmədli" stansiyasının yaxınlğında qeydə alınıb.

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır (report.az).

22222
Vumart və Güvən reklamı Vumart Güvən