Bu rayonda qaz borusu partladı - 21 kənd qazsız qaldı-VİDEO
Bu gün Xaçmaz" QPS-dən qidalanan Qaradağlı kəndinin ərazisində keçən PE 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib.
Redaktor.az "Azəriqaz"a istinadən xəbər verir ki, qəza nəticəsində Xaçmaz rayonunun 21 kəndinin (4500 abonent) qaz təchizatında fasilə yaranıb.
Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Video materialdan izləyə bilərsiniz:














