Avtobus qəzasında yaralananların SON DURUMU

 17:40 12.10.2022     178

Xətai rayonu, metropolitenin "Əhmədli" stansiyasının yaxınlığında baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 2 nəfər tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, yaralılardan 1-nə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

"Digər bir nəfərə də ilkin tibbi yardım göstərilib, hazırda müayinə və müalicəsinə davam edilir".

Qeyd edək ki, bu gün paytaxtda 57 saylı xətt avtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.