Fuad Qəhrəmanlının qızına təcavüz edənə hökm oxundu

 19:43 12.10.2022     223

İctimai fəal Sənay Qəhrəmanlını (Sənay Yağmur) zorlamaqda təqsirləndirilən xalası oğlu Əsgər Ağazadənin barəsindəki məhkəmə prosesi başa çatıb.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Əsgər Ağazadə 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı cinsi təcavüzə məruz qalması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi cinayət işi başlanıb. Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb. Əsgər Ağazadə Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.

Sənay Qəhrəmanlı siyasətçi Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızıdır. S.Yağmurun iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdiyi üçün o hərəkətlərini idarə etmək iqtidarını itirib. Səhər oyananda Ə.Ağazadənin ona təcavüz etdiyini başa düşdüyünü bildirib.