Bakıda piyadanı maşın vurub öldürdü

Bakının Nərimanov rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, P.Mahmudovun idarə etdiyi "Kia Sorento" markalı minik avtomobili Abdıyev Niyaz Qulu oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.