Avtobusda 12 yaşlı qıza əxlaqsızlıq edən şəxs həbs edildi

 11:16 13.10.2022     349

Xırdalanda marşrut avtobusunda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etmiş İran İslam Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü B.Yousef həbs edilib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində 54 yaşlı şəxs barəsində açılmış cinayət işi üzrə hökm elan edilib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.2-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham edilən şəxs 2 il müddətinə həbs cəzasına məhkum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan B.Yousef məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl Xırdalan şəhərində - 535 saylı marşrut avtobusunda baş verib. B.Yousef avtobusda olarkən sıxlıqdan istifadə edərək 12 yaşlı qızı qucaqlayıb və ona qarşı əxlaqsız hərəkətlər edib. O, orta məktəbin 7-ci sinif şagirdi olan qız avtobusdan düşərkən özü də onun əlindən tutaraq nəqliyyat vasitəsindən enib və Xırdalan şəhəri ərazisində hərəkətini davam etdirib.

Məktəbli baş vermiş hadisə barədə valideynlərinə bildirdikdən sonra cinayət işi açılıb.