Bakıda gənc qız özünü binadan atdı

Bakıda daha bir intihar hadisəsi baş verib.
Redaktor.az "lent.az"a istinadla xəbər verir ki, hadisə təxminən 1 saat əvvəl Nizami rayonu Nəsimi küçəsində qeydə alınıb.
22 yaşlı Ofiserova Yekaterina Vladimirovna özünü yaşadıqları binanın 4-cü mərtəbəsindən atıb.
Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Onun hansı səbəbdən özünü öldürməsi bilinmir.
Faktla bağlı araşdırma aparılır.