Maşını ağaca çırpdı - Sərnişini öldü

 10:19 14.10.2022     626

Oktyabrın 13-də saat 22 radələrində Astara şəhəri ərazisində Ərçivan qəsəbə sakini İ.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə sürücü və sərnişini İmaməli Hüseynov xəstəxanaya yerləşdirilib, İ.Hüseynov orada ölüb.  

Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.