Türkiyədə mədən faciəsində ölənlərin sayı ARTDI - YENİLƏNİB

 16:13 15.10.2022     3280

“Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, partlayışın necə baş verdiyi aydınlaşacaq:

“İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq".

Ərdoğan axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.

***

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

O, yaralıların müalicəsinin davam etdiyini xatırladıb. 

Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.

***

Türkiyənin Bartin bölgəsində daş kömür mədənində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Mədəndə daha 15 işçinin qaldığı ehtimal edilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riski bölgələrdə yerləşib.

Axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən