Su basan yola Mülki müdafiə qoşunları cəlb olundu

 10:01 15.10.2022     447

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən