Azərbaycanda keçmiş rəis vəfat etdi

 11:52 15.10.2022     191

Gəncə şəhərində keçmiş polis rəisi dünyasını dəyişib. 

Redaktor.az "qafqazinfo"ya istinadən bildirir ki, Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq rəisi Adil Əliyev ürəktutmadan həyatını itirib.

Bir müddət öncə ürəyindən əməliyyat olunan A.Əliyevin səhəti ağırlaşıb və onu xilas etmək mümkün olmayıb. 

Məlumat üçün bildirək ki, A.Əliyev 2005-2007-ci illərdə həmin vəzifəsini icra edib.