Gənc qadın boşandığı kişi tərəfindən bıçaqlandı

 23:55 16.10.2022     1007

Gəncə şəhərində 20 yaşlı qadın keçmiş əri tərəfindən bir neçə bıçaq xəsarəti alıb.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər sakini, 20 yaşlı P.İsmayılova şəxsi münasibətlər zəminində bir müddət öncə boşandığı kişi tərəfindən bıçaqlanıb.

O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə hadisədən sonra qaçıb.

Faktla bağlı araşdırma aparılır.