Qubada yeni doğulan körpə və anası öldü -YENİLƏNİB

Qubada doğuş zamanı ana və körpəsinin ölümü barədə rəsmi açıqlama yayılıb.
Redaktor.az xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
Bildirilib ki, 17.10.2022-ci il tarixində saat 01:30-da təcili tibbi yardım avtomobili ilə 1981-ci il təvəllüdlü 34-35 həftəlik hamilə olan Q.P. Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzinə yerləşdirilib. Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu məlum olub. Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Qubada doğuş zamanı ana və körpəsi ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Quba Regional Perinatal Mərkəzdə qeydə alınıb.
Beləki, Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Pərzad Firudin qızı Qasımova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.