Goranboyda yol qəzasında ölən və yaralananlar var

 11:50 17.10.2022     711

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, rayon ərazisində 3 avtomobilin iştirakı ilə başvermiş zəncirvari avtomobil qəzası zamanı, 1967-ci il təvəllüdlü Mayıs Bağırov dünyasını dəyişib.

Daha 5 nəfər- 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1963-ci il təvəllüdlü Xumar Əhmədova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov və 2017-ci il təvəllüdlü D.Əhmədova xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.