Bakıda həkim özünü öldürdü - FOTO

 15:08 17.10.2022     665

Bakıda intihar hadisəsi baş verib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Rüstəm Maqsudov Binə qəsəbəsində kirayə yaşadığı mənzildə qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirib. Çoxlu qan itirən 33 yaşlı şəxs vəfat edib.

Araşdırmalar zamanı məlum olub ki, həyatına son qoyan R.Maqsudov həkim-onkoloqdur. O, Tibb Universitetini bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib. Daha sonra R.Maqsudov ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.