Bal yarmarkasındakı davanın səbəbi MƏLUM OLDU

Bu gün “Gənclik” metrostansiyanın qarşısında kütləvi dava olub. Davanın bal yarmarkasındakı satıcılar arasında baş verdiyi bildirilir.
Hadisə ilə bağlı Redaktor.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bal yarmarkasının qarşısında saxta bal satışı həyata keçirilir.
“Bəzi şəxslər minik avtomobillərinin yük yerlərində mənşəyi bəlli olmayan balı metronun çıxışında satmağa çalışırlar. Buna görə də arıçılar arasında narazılıq olub ki, əziyyət çəkdiyimiz balı satmağa çalışırıq, amma hansısa dələduzlar yarmarkadan kənarda balı 5 manata satırlar. Nəticədə iki tərəf arasında münaqişə yaranıb. Bununla bağlı tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət olunub. Polis əməkdaşları əraziyə baxış keçirib və saxta bal satanları ərazidən uzaqlaşdırıblar”, - nazirlik rəsmisi vurğulayıb.