Bakıda avtobusda filmə baxan sürücü və təhlükə ilə üz-üzə qalan sərnişinlər - VİDEO

 23:30 17.10.2022     318

Bakıda sürücü avtobusu idarə edərkən telefonda kinoya baxıb.

Redaktor.az xəbər verir ki, sərnişin iddia edir ki, sürücü yol boyu telefonda film izləyib. Hətta bəzi hallarda diqqətini tamamilə həmin videoya yönəldib.

Sözügedən görüntülər oktyabrın 15-i paytaxtda 71 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusda lentə alınıb.

Məsələ ilə bağlı sözügedən xəttin avtodəstə rəisi Natiq Rüstəmov bildirib ki, bu gün həmin sürücü şirkətə dəvət edilib və onun barəsində müvafiq tədbirlər görülüb.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, sözügedən xəttin müvəqqəti istismarçısı agentliyə dəvət edilib. Məlum hadisə ilə bağlı onlara sərt xərbərdarlıq edilib.

Daha ətraflı "Xezerxeber"in süjetində: