Nazirliyin əməkdaşı qəfil öldü - FOTO

 09:28 18.10.2022     402

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı dünyasını dəyişib. 

Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, dövlət xidmətinin Salyan Regional İdarəsinin baş məsləhətçisi Qoşqar Qurbanov qəfil vəfat edib.

Onun hansı səbəbdən dünyasını dəyişməsi barədə ətraflı məlumat verilməyib.