BDU-nun tələbəsi vəfat etdi - FOTO
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Rəhiməxanım Məmmədova vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə universitetin rəsmi səhifəsi məlumat yayıb.
R. Məmmədovanın Kimya fakültəsində təhsil aldığı deyilir.
BDU-nun mətbuat xidmətindən saytımıza bildirilib ki, tələbə ağciyər çatışmazlığından dünyasını dəyişib.














