Mikroavtobus azyaşlı uşağı vurub öldürdü

Astara rayonunda mikroavtobus azyaşlı uşağı vuraraq öldürüb.
Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbə sakinin 38 yaşlı Ramil Hüseynov idarə etdiyi “Mersedes-benz” markalı mikroavtobusla yolu keçmək istəyən qəsəbə sakinləri Məlahət Əfsəlova və onun 4 yaşlı nəvəsi Gülağa Əfsəlovu vurub.
Nəticədə uşaq hadisə yerində ölüb.
Xəsarət alan M.Əfsəlova isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.