Hacıqabulda avtomobil kanala aşdı - Ölən və yaralanan var

 23:30 18.10.2022     509

Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

Redaktor.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən