Paytaxtda evdən 200 manat götürən 14 yaşlı qız yoxa çıxıb

 09:10 19.10.2022     566

Bakıda 14 yaşlı qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə oktyabrın 17-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Elçin qızı saat 01:00 radələrində 200 manat pul və mobil telefonu götürüb yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.