Şagirdin dərsdə ölümü ilə bağlı araşdırmalara başlanıldı
Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.
Redaktor.az xəbər verir ki, hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır (report).













