Bakıda atası tərəfindən seksual zorakılığa məruz qalan qız intihara cəhd etdi

 13:43 19.10.2022     888

Bakıda 18 yaşlı qız intihara cəhd edib.

Redaktor.az xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. 2004-cü il təvəllüdlü E. Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən