Azərbaycanda 15 manata görə şantaj olunan məktəbli qız özünü ASDI

 10:50 20.10.2022     340

Gəncə şəhərində şantaj edilən qız intihara cəhd edib.

Redaktor.az xəbər verir ki, 2008-ci il təvəllüdlü, VIII sinif şagirdi qız tanışı, X sinif şagirdi Ümid adlı oğlan tərəfindən şantaj edildiyi üçün özünü asmaq qərarına gəlib. 

Belə ki, qızın tanışı ondan 10-15 manat istəyib ki, telefonunu təmir etdirsin. Qız həmin pulu vermədiyi üçün Ümid onunla sevgili olduğunu hər kəsin biləcəyi ilə şantaj edib. 

Qız bundan sonra evə gələrək, məktub yazıb və özünü asıb. Lakin anası onu tez xilas edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov oxu.az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb:

“Aparılan araşdırmaların nəticəsinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.