Evdən oğurluq edən qadınlar SAXLANILDI

 12:12 20.10.2022     1120

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.