16 yaşlı qızın başının kəsilməsinin TƏFƏRRÜATLARI - YENİLƏNİB

 20:52 20.10.2022     2077

Abşeronda baş verən dəhşətli qətllə bağlı bir sıra təfərrüat üzə çıxıb.

Redaktor.az xəbər verir ki, hadisəni törədən Murad Həsənov və Həsrət Rəcəbova qohum olublar. Qətldən əvvəl oğlan yeniyetmə qızı döyüb.

Digər məlumata görə isə, H. Rəcəbova 14 yaşından M. Həsənov ilə nişanlanıb.

Daha bir məlumata görə isə qız nişanı geri qaytarıbmış. Məhz bu səbəbdən tərəflər arasında münaqişə yaranıb və oğlan qızı öldürüb. 

Hazırda istintaq araşdırmaları davam etdirilir.

***

Prokurorluq Abşeron rayonunda baş verən qətl barədə məlumat yayıb.

Abşeron rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

Azərbaycanda dəhşətli qətl törədilib.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Vumart və Güvən reklamı Vumart Güvən