Dibçəkdə narkotik xassəli bitki yetişdirən SAXLANILDI

 12:37 20.10.2022     66

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında, eləcə də narkotik xassəli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Günəşov  saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə  baxış keçirilən zaman 332 qram  narkotik vasitə olan marixuana və 12 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də  cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Ramil Günəşovun barəsində həbs qətimkan tədbiri seçilib.