Zəngilanda qəzaya uğrayan Binəli Yıldırım və Şamil Ayrımdan yeni xəbər var - VİDEO - YENİLƏNİB

 22:08 20.10.2022     1190

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.

Redaktor.az xəbər verir ki,O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, - nazir qeyd edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Yıldırım və Ayrımın vəziyyətləri yaxşıdır. Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.

Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün səhhəti yaxşıdır.

Vumart və Güvən reklamı Vumart Güvən