Bakıda 15 yaşlı qız yoxa çıxdı

 09:20 21.10.2022     831

Bakıda 15 yaşlı qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə oktyabrın 18-də paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Xədicə Emin qızının saat 07 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən