BDU-nun müəllimi faciəvi şəkildə öldü - FOTO

 09:35 21.10.2022     636

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində “Land Rover” markalı avtomobil piyada keçidində saxlayaraq yolu keçən piyadaya yol verən “AZSamand”a çırpılıb. Zərbənin təsirindən “AZSamand” hərəkət edərək yolu keçən piyada Oqtay Qarabəylini vurub. Ağır vəziyyətdə özəl klinikalardan birinə çatdırılan piyada orada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Oqtay Qarabəyli elmlər doktoru, Bakı Dövlət Universitetinin dosentidir (qafqazinfo).

2