"Həmin vaxt komada olmuşam" - 5 maşını əzən sürücü

 23:59 21.10.2022     194

Bakı-Sumqayıt yolunda 5 maşını əzən sürücü hadisənin necə baş verdiyini açıqlayıb.

Redaktor.az-ın xəbərinə görə, BAKU TV-yə açıqlama verən sürücü Elməddin Abbasov bildirib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur:

“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.

Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır: “Bu günə qədər belə bir problem yaşamamışdım. Ailəmi, uşaqlarımı bu iş sayəsində dolandırıram”.