Bakıda köşkdə yanğın oldu
Bakıda köşkdə yanğın olub.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət köşk və içərisində hər birinin tutumu 50 litr olan 2 ədəd məişət qaz balonu yanıb.Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.













