Bu qurum şam ağaclarını kəsdiyinə görə CƏRİMƏLƏNDİ

 11:22 22.10.2022     270

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi şam ağaclarını kəsdiyinə görə cərimələnib.

Bu barədə Redaktor.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 78 və 90-92 nömrəli yaşayış binasının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırıldığını bildirib: "Əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub. Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib.