Şadlıq sarayından çıxan sərxoş piyada avtomobilin altına düşdü

 12:18 23.10.2022     469

Bakının Xəzər rayonunun Binə qəsəbəsində avtomobil toydan çıxan sərxoş piyadanı vurub.

Redaktor.az xəbər verir ki, şadlıq saraylarının birinin qarşısında yolu keçən 1968-ci il təvəllüdlü Rəfiyev Arzuman Maqsud oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

A.Rəfiyevin sərxoş olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən