Mingəçevirdə aptek sahibi özünü güllələdi  - FOTO

 22:15 23.10.2022     691

Mingəçevirdə özünü güllələyən ahıl şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Redaktor.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 70 yaşlı Bəxtiyar Səmədov bir müddət əvvəl yeni ev alaraq, ikinci həyat yoldaşı ilə ora köçüb.

O, hələ ki istintaqa məlum olmayan səbəbdən evinin həyətində oldu silah ilə ağzından atəş açaraq həyatına son qoyub.

Bəxtiyar Səmədov şəhərdə “Aptek Bəxtiyar” kimi tanınıb. Onun ikinci evliliyindən 7 yaşlı oğlu var.

Hadisənin baş vermə səbəbi araşdırılır.

***

Mingəçevirdə sahibkar özünü güllələyərək intihar edib.

Redaktor.az xəbər verir ki, şəhərdə aptek sahibi kimi tanınan 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov özünə odlu silahdan atəş açıb. Onun hadisəni yaşadığı evin həyətində törətdiyi bildirilir.

B.Səmədov dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


 

Vumart və Güvən reklamı Vumart Güvən