Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşdu, xəsarət alanlar var

 09:27 24.10.2022     213

“Ağdaş-Mingəçevir” marşurutu üzrə fəaliyyət göstərən mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdaşdan Mingəçevirə sərnişin daşıyan “QAZel” markalı mikroavtobus digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər, Ağdaş rayon sakinləri, 2001-ci il təvəllüdlü E. Əhmədova və onun həmyaşıdı A. Musayeva xəsarət alıblar.

Onların vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır (report).